Ağstafada 4 nəfəri öldürüb, 3 nəfəri yaralayan şəxs ömürlük cəza alıb- FOTO


Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayon sakini Elnur Süleymanovun CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və ya gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Correct.az xə
bər verir ki, ötən il iyunun 17-i saat 8 radələrində Böyük Kəsik kəndində, təsərrüfat məhsullarının satış bazarında orada satıcı işləyən Sadıxlı kənd sakinləri - Şərqiyyə Musayevanın, oğlanları Novruz və Şəmiddinin, həmçinin Ağgöl kənd sakinin Zeynəb Cəlilovanın odlu silahla qətlə yetirilmələri, daha 3 nəfərin isə ağır bədən xəsarətləri alması barədə Ağstafa RPŞ-nə məlumat daxil olub. Bununla əlaqədar istintaq-əməliyyat qrupu məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirib. 
 
İlkin araşdırma ilə ağır cinayətin Sadıxlı kənd sakini Elnur Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində «AKM» markalı avtomat silahla qisas niyyətilə törədilməsi müəyyən olunub.
Təxirəsalınmaz əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində E.Süleymanov polis şöbəsinə könülü gələrək, odlu silahı təhvil verib.
 
Hadisənin ağırlıq dərəcəsi nəzərə alınaraq, eyni zamanda, cinayətin hərətərəfli, tam və obyektiv araşdırılması məqsədilə Respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin (DİN) təcrübəli əməkdaşlarından ibarət qrup Ağstafa rayonuna ezam olunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

 


0.12589287757874