“Oba”-nın işçisinə cinayət işi açıldı


Bakıda tanımış şirkətin əməkdaşı işlədiyi şirkətin pulunu mənimsəməkdə ittiham olunur.
“Oba Retail Chain” Məhdud Məsuliyyətli Cəmiyyətin işçisi Musa İsgəndərovun barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilib.

Musa İsgəndərov MMC-yə məxsus əmlakı mənimsəyib.
Bundan sonra MMC-nin rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edib. Müraciət əsasında onun barəsində cinayət işi başlanıb.
Musa İsgəndərovun barəsində olan cinayət işi baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib.
Hakim Rüstəm Kərimlinin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası martın 30-na təyin edilib.
Qeyd edək ki, “Oba Retail Chain” MMC zərərçəkmiş qismində tanınıb. (Demokrat.az)


Baş Nazir qərar imzaladı

0.087514877319336