Azərbaycan avtomobil istehsalını 2,7 dəfə artırıb


Bu ilin yanvar-fevral aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 98,3 mln. manatlıq məhsul istehsal edilib.

Correct.az-iın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 2,5 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 7 dəfə artıb.

Yanvar-fevral aylarında 480 ədəd minik avtomobili istehsal olunub ki, bu da 2019-cu ilin iki ayının göstəriciləri ilə müqayisədə 2,7 dəfə çoxdur. Bu ilin martın 1-nə ölkədə 172 ədəd hazır məhsul istehsalı yaranıb.

Yanvar-fevral aylarında ölkədə 50 ədəd traktor istehsal edilib. Bu, ötən ilin iki ayı ilə müqayisədə 82,6% azdır. Amma bununla belə, martın 1-nə ölkədə 336 ədəd hazır məhsul istehsalı yaranıb

Hesabat dövründə ştanqlı quyu nasoslarının istehsalı 85%, mancanaq dəzgahlarının istehsalı 2,2 dəfə artıb.


Baş Nazir qərar imzaladı

0.10911297798157