Bakıda qadın pəncərənin şüşəsini silərkən 21-ci mərtəbədən yıxıldı


Bakıda qadın 21-ci mərtəbədən yıxılaraq ölüb.

Bu barədə Correct.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, hadisə dünən paytaxtın Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 21-də qeydə alınıb. 

Belə ki, sözügedən ünvanda yaşayan 1991-ci il təvəllüdlü G.Məmmədova pəncərənin şüşəsini təmizləyən zaman yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır. 


Baş Nazir qərar imzaladı

0.13564085960388