Sərnişinlər marşrut avtobuslarındakı dezinfeksiya dispenserlərini qırıb - Foto


Bakıdakı marşrut avtobuslarında sərnişinlərin əllərini dezinfeksiya etməsi üçün qoyulan dispenserləri bəzi sərnişinlər qırıb. 

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. M.Ağayevin sözlərinə görə, son bir neçə gündə 50-yə yaxın belə hal baş verib: “BakuBus”da belə halla gündəlik rastlaşırıq. Həmin dispenserlərin içindəki məhlulu dağıdıb yerə tökdükləri hallar da olur. Son dayanacaqda avtobusları təmizləməli oluruq. Bir neçə gün ərzində 50 avtobusda belə hal olub”.


Baş Nazir qərar imzaladı

0.091383934020996