"Baku Electronics" müştərilərinin kredit ödəmələrinə fasilə verdi


“Sağlıq hər şeydən vacibdir” deyən  "Baku Electronics" müştərilərinə qarşıdakı aprel ayını evdə rahat qalmaq üçün şərait yaradıb.

Correct.az xəbər verir ki, "Baku Electronics" müştərilərinin aprel ayı üzrə kreditlərini növbəti aya ertələyib. Bu barədə şirkətin rəsmi Facebook səhifəsində məlumat yayılıb: Hörmətli müştərilərimiz, Bu günlərdə evdə qalmağınız, sağlamlığınız və təhlükəsizliyinizi düşünməyiniz birinci planda olmalıdır. Odur ki, aylıq ödənişinizə görə narahat olmayın. Karantin rejimi ilə əlaqədar olaraq bütün müştərilərin aylıq ödənişlərinə aprel ayı üçün 1 AYLIQ GÜZƏŞT MÜDDƏTİ tətbiq olunacaq

Nəzərinizə çatdırmaq istəyirik ki, 29 Mart 2020 tarixindən etibarən bütün mağazalarımızın işinə müvəqqəti olaraq fasilə verilir. Online şöbəmiz isə gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirəcək.

www.bakuelectronics.az saytı vasitəsilə lazım olan məhsulları sifariş edə bilərsiniz (həm nağd, həm də kreditlə almaq mümkündür).
Evdə qalın, sağlamlığınızı qoruyun".

 

 

 


0.20810985565186