YAP Gənclər Birliyi sədrindən vətəndaşlara hörmətsizlik – Fotofakt


Ayrı-ayrı vəzifəli şəxslərin aztəminatlı ailələrə güya yardım edir bəhanəsi ilə onların yaşadığı mənzillərə ayaqqabı ilə daxil olması dəfələrlə mətbuatın gündəminə gələrək ictimaiyyət tərəfindən tənqid olunub.


Lakin buna baxmayaraq, sözügedən çirkin “ənənə” hələ də davam etdirilməkdədir. Hokm.az -ın aşağıda təqdim etdiyi fotolarda Yeni Azərbaycan Partiyası və Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Seymur Orucovun və onun yanındakı şəxslərin aztəminatlı ailələrin evlərinə ayaqqabı ilə daxil olduğu açıq aydın görünür.
Koronavirus pandemiyasının sürətli yayıldığı bir dövrdə gigiyena qaydalarına öncəki illərdən daha çox diqqət olunması lazım olan zamanda vəzifəli şəxslərin bu cür davranışı yol verilməzdi. Seymur Orucovun bu addımı həm gigiyeniya həmdə etika baxımından hörmətsizlik və laqeydlik nümunəsidir.


 

 

 


0.14021706581116