Türkiyədən daha 178 azərbaycanlı təxliyə edildi - FOTOLAR


Mayın 22-də daha 178 Azərbaycan vətəndaşı Vətənə çatdırılıb. "Azərbaycan Hava Yolları" (AZAL) İstanbuldan Bakıya növbəti çarter reysini həyata keçirib.

Correct.az xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib ki, bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq bu həftə AZAL aviaşirkəti Berlin və Varşava şəhərlərindən Bakıya çarter reyslərini həyata keçirib.

 


0.3552451133728