Xalça satdığı iddia olunan səfirin Nyu-Yorkda da mənzilləri üzə çıxdı – Həyat yoldaşı danışdı


“Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimovanın və həyat yoldaşının daha bir əmlakı Nyu-Yorkun Bergen səmtində - 1111 RIVER ROAD Block 33, Edgewater Boro ünvanlndadır. Bu mənzil də 2016-cı ildə 152 min dollara xanım diplomatın həyat yoldaşı Aydın Hüseynovun adına alınıb”.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

“BMT-nin Baş Qərargahı yaxınlığında yerləşən və bundan haqqında söz açdığım digər mənzil də 2016-cı ildə 165 min dollara alınmışdı. Üçüncü mənzil isə (ünvan: 500 Central Ave Apt 213 Union City) 2015-ci ilin oktyabrında 159,999 dollara alınıb. Bu mənzil də xanım diplomatın və həyat yoldaşının adınadır. Ümumilikdə səfir və həyat yoldaşı 2015-ci ilin oktyabrından 2016-cı ilin mart ayına qədər, 6 ay ərzində 3 mənzilə 477 min dollar ödəyiblər. Cənab Hüseynov ABŞ-dakı şirkətlərdə çalışdığını və Nyu-Yorkda neçə belə əmlak aldığını, bunun şəxsi məsələ olduğunu bildirib” – C.Həsənli qeyd edib.  (Pravda.az)

 

 

Şikayətiniz varsa Whatsapp: 0505165251