Vəfat edənlərə koronavirusdan ölümlə bağlı arayış verilir? - Rəsmi


“Sosial şəbəkələrdə vəfat edən şəxsə təcili tibbi yardım həkimlərinin koronavirusdan ölümlə bağlı arayış verməsi barədə məlumatlar yayılır”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, bu məlumatlar tamamilə yalandır:

“Həqiqəti əks etdirmir. Bu, insanlarda inamsızlıq yaradır. Koronavirus diaqnozunun qoyulması asan iş deyil”. (Oxu.az)

Şikayətiniz varsa Whatsapp: 0505165251