“Jurnalistlər üçün nəzərdə tutulan mənzillər həkimlərə verilsin - Təklif


"Ölkəmizdə koronavirus yayılan ilk günlərdən bunun ciddi bir təhlükə olduğunu bildirmişdim. Bu yazılarıma olan kütləvi iradlara, qınaqlara baxmayaraq fikrimdən dönmədim və bunu müharibə şəraiti ilə eyniləşdirdim. Bu gün artıq hamı dərk edir ki, pandemiya bütün dünyanı, o cümlədən bizi çox çətin duruma salıb və həqiqətən müharibə şəraitidir. Bu müharibə şəraitində də həkimlərimiz ön cəbhədədir. Artıq çoxlu sayda yoluxanlar, hətta ölənlər də var və bunun nə qədər davam edəcəyi də bəlli deyil. Ona görə də bu sahədə çalışan, sözün əsl mənasında həyatlarını riskə atan həkimlərimizə hərtərəfli dəstək lazımdır ki, ölən və virusa yoluxan tibb işçiləri və onların ailələri xəstələnəndən və ya öləndən sonra ailələrinin pis durumda qalmayacaqlarını bilsinlər”.

Correct.az-ın xəbərinə görə, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov əminliklə bildirib ki, ikinci Qarabağ savaşı da olacaq və Qarabağ azad ediləcək: “Bu, həm də həmin savaşa insanlarımızı hazırlamaq üçün lazımdır. Ona görə mən də mətbuatda səslənən təşəbbüsü dəstəkləyib təklif edirəm ki, dövlət vəsaiti hesabına jurnalistlər üçün tikilən 3-cü binadakı mənzillər və buna qədər iki binada qanunsuz olaraq verilmiş mənzillər geri alınıb bu gün koronavirusla mübarizədə fərqlənən tibb işçilərinə verilsin”.

Şikayətiniz varsa Whatsapp: 0505165251