Rusiya Türkiyə ilə patrul yoxlanışlarını dayandırıb


Terrorçuların provokasiyaları səbəbindən İdlibin M4 magistralında Türkiyə və Rusiyanın icra etdiyi patrul yoxlanışı müvəqqəti olaraq dayandırılıb.

Correct.az  xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Mariya Zaxarova qeyd edib ki, terrorçular hökumət qüvvələrinin mövqelərinə və yaşayış sahələrinə hücumları artırıb: "M4 dəhlizində provokasiyaları davam etdirir. Bu səbəbdən rus-türk patrul yoxlanışları müvəqqəti dayandırılıb”.

Şikayətiniz varsa Whatsapp: 0505165251