Yardımlıda qəza: Bir kənd qazsız qaldı


Avqustun 13-də axşam saatlarında baş verən avtomobil qəzası zamanı Yardımlı rayonunun Gavran kəndini təbii qazla təmin edən diametri 219 mm olan orta təzyiqli qaz xətti zədələnib.

"Azəriqaz”dan Correct.az-a  verilən məlumata görə, təqribən 35 metr uzunluğunda qaz borusunu qəzaya uğrayan "Niva” markalı maşın sürüyərək yararsız hala salıb.

Şikayətiniz varsa Whatsapp: 0505165251