“Azneft” dairəsində ağır qəza, xəsarət alan var


Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Correct.az Report-a istinadən məlumatına görə, hadisə “Azneft” dairəsində qeydə alınıb.

İki minik avtomobilin toqquşması nəticəsində 1975-ci il təvəllüdlü Quliyev Raul Abbasqulu oğlu müxtəlif bədən xəsarətləri alib.

Yaralı əraziyə çağırılan təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 0505165251