Xeyli insan bu sahədə işlə təmin olunacaq - Deputat


Taksi sistemində rəqabətin, eyni zamanda ekoloji standartların qorunmasına ehtiyac var.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov LEVC TX modelli taksilərin Bakıya gətirilməsi haqda danışarkən deyib. Millət vəkili vurğulayıb ki, yeni taksilərin ölkəyə gətirilməsi keyfiyyətin artırılması baxımından da vacib hesab edilməlidir:

“Nəticə etibarilə bu, taksi xidmətinin keyfiyyətinin artırılmasına xidmət edir. Eyni zamanda, yeni taksilərin ölkəyə gətirilməsi məşğulluğun təmin edilməsinə də dəstək olacaq”.

Vüqar Bayramov ölkədəki taksi sektoru ilə bağlı təklif də verib:

“Bizim təklifimiz ondan ibarətdir ki, bütövlükdə ölkənin taksi sektoru təkmilləşdirilməli, keyfiyyət artırılmalıdır. Eyni zamanda, rəqabətin gücləndirilməsi də davam etdirilməlidir. Nəticə etibarilə taksi sferasında rəqabət çox önəmlidir. Xüsusən son illərdə rəqabətin artması taksi xidməti tariflərinə də birmənalı şəkildə öz təsirini göstərir. Bu, həm keyfiyyət, həm də məşğulluq baxımından əhəmiyyətlidir. Növbəti dövrlərdə də bu sektora sərmayə qoyuluşunun artırılması vacibdir. Çünki bu, həm keyfiyyətin artırılmasına, həm də ekoloji, sağlamlıq, təhlükəsizlik kimi meyarların gözlənilməsinə imkan yaradır”. (Axar.az)

Şikayətiniz varsa Whatsapp: 0505165251