DTX həbsləri burada da başladı - Millət vəkili


Etimad edilmiş sahədə xalqına, dövlətinə ləyaqətlə xidmət etməyən şəxsləri eyni aqibət gözləyir.

Bu sözləri  millət vəkili Elman Nəsirov Azərbaycanın sabiq Baş prokuroru, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun həbs edilməsi haqda danışarkən deyib.

O bildirib ki, Azərbaycan hüquqi dövlətdir, istintaqa cəlb edilən şəxsin cinayətkar olub-olmaması ilə bağlı son qərarı məhkəmə verəcək:

“DTX-nin yaydığı bəyanatdan da məlum olur ki, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun fəaliyyətində cinayət tərkibli faktlar olub. Həmin faktlar içində böyük həcmli vəsaitin mənimsənilməsi, iqtisadi cinayətkarlıq məsələləri ilə bağlı ittihamlar var”.

Elman Nəsirov qeyd edib ki, bənzər həbslər bundan öncə icra hakimiyyəti və nazirliklərdə də olub:

“İndi isə diplomatik korpusun nümayəndələri ilə bağlı analoji hadisələrin baş verdiyini görürük. Bu, bütün məmurlar üçün bir daha dərs olmalıdır. Ölkə Prezidenti İlham Əliyevin hər bir məmur qarşısında qoyduğu məsələ budur. Çox aydın bir mövqedir. Belə olan vəziyyətdə belə kimlərsə dərs almırsa, layiq olduğu şəkildə cəzalandırılır”.  (Axar.az)

Şikayətiniz varsa Whatsapp: 0505165251