Vilayət Eyvazovdan yeni təyinat


Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Correct.az xəbər verir ki, bununla bağlı müvafiq əmri nazir, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis polkovniki Bəkir Sarıyev Bakı şəhər BPİ-nin Təşkilat-İnspektor İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, B.Sarıyev həmin idarənin rəis müavini vəzifəsində xidmət edib.

Məlumatı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Oxu.Az-a təsdiqləyiblər.

Şikayətiniz varsa Whatsapp: 0505165251