Şəmkirdə ermənilərə məxsus PUA məhv edilib? - Açıqlama


Şəmkir rayonunda ard-arda iki güclü partlayış səsi eşidilib. 
 
Yeni Müsavat qəzetinin əldə etdiyi qeyri-rəsmi məlumata görə isə Şəmkir rayonu ərazisində erməni hərbi PUA-sı (Pilotsuz Uçuş Aparatı) Azərbaycan hərbi qüvvələri tərəfindən məhv edilib.
 
Məsələ ilə bağlı Correct.az saytına danışan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, hazırda hadisə nazirlik tərəfindən araşdırılır:
 
"Hələ ki, dəqiq məlumat yoxdur. Hadisə tərəfimizdən araşdırılır. PUA-nın vurulması ilə bağlı iddialar var, bu iddialardan xəbərimiz var. Ətraflı məlumat araşdırmadan sonra veriləcək".
 
Correct.az

 

Şikayətiniz varsa Whatsapp: 0505165251