Şəhid olan hərbçimizin fotosu


Xəbər verdiyimiz kimi, bu gün Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 38 yaşlı E. Məmmədov Tovuzun Qaziqulu kəndindəndir.

Evlidir, 3 oğlu var.

Şikayətiniz varsa Whatsapp: 0505165251