“Ermənilər yeni ərazi əldə etməyi planlayırlar” – Açıqlama


“Azərbaycan istənilən vəziyyətdə ermənilərin bütün təxribatlarının qarşısı ala biləcək”.

Bu sözləri Correct.az -a açıqlamasında Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Ermənistan tərəfi yeni ərazilər ilhaq etmək niyyətindədir lakin, Azərbaycan onların bu planının həyata keçməsinə imkan verməyəcək:

"Ermənistanın bir neçə müddətdir ki, danışıqlar prosesindən uzaqlaşması, cəbhə boyu ərazilərdə hərbi texnika yığması Azərbaycan tərəfindən müşahidə edilir. Artıq Prezident tərəfindən də bu bəyan edilib. Bu o deməkdir ki, Ermənistan müharibəyə hazırlaşır. İrəvanın strategiyasında yeni ərazilərin ilhaq edilməsi durur. Azərbaycanın əks zərbələri nəticəsində Ermənistan istəyinə nail olmayıb və olmayacaq da. Son günlər rəsmi İrəvan Azərbaycanın işğal olunmuş torpaqlarında terrorçu rejimin müharibə və yeni ərazi işğal etmə planları bəyanatları ermənilərin təxribatından xəbər verirdi. Prezident də bunu qeyd etdi. Dünən gecə a PUA-nın Şəmkirə kimi gəlməsi o deməkdir ki, ermənilər Azərbaycanın strateji obyektlərini hədəfə alıb. Əlbəttə, bu cinayətkar və işğalçı ölkənin mahiyyətidir. Onlar mülki və strateji obyektlərə zərbə endirməkdən çəkinməyəcəklər. Azərbaycan qəti şəkildə həmin PUA-nı məhv etdi. Azərbaycan istənilən vəziyyətdə ermənilərin bütün təxribatlarının qarşısı alacaq".

Politoloq Məhəmməd Əsədullazadə açıqlamasında əlavə edib ki, ermənilərin PUA-nı göndərməsi Azərbaycanın Hava Hücumundan Müdafiə (HHM) qüvvələrinin sayıqlığını öyrənmək məqsədlidir:

"Ermənistan PUA-nın hansı istiqamətə qədər gedəcəyini hesablayırdı. Bundan əlavə, Azərbaycan ərazilərini işğalda saxlamaq, yeni ərazilər ələ keçirmək siqnalıdır. Lokal döyüşlər genişmiqyaslı müharibəyə gətirə bilər. Türkiyə Azərbaycanın yanında olacaq. Rusiya da pərdəarxası Ermənistana dəstək verəcək. Buna baxmayaraq, hesab edirəm ki, Azərbaycan Ermənistana odekvat zərbə endirərək bir neçə ərazini işğaldan azad edə bilər. Ermənilər planlayır ki, yeni ərazilər əldə edə bilərlər, yanılırlar. Azərbaycan müharibə başlatsa itki olmayacaq. Azərbaycan müasir, lazer silahları var. Hətta Türkiyənin dəstəyi ilə Azərbaycan cəbhə boyu ərazilərdə Ermənistanın müdafiə xəttini, artilleriya qurğularını, hərbi obyektlərini 24 saat içərisində məhv etməyə qadirdir. Ermənistanı bu provokasiyaya çəkən Rusiyadır. Cənubi Qafqazda gərgin stiuasiya formalaşıb. Ermənistan işğalçı siyasətini davam etdirir. Düşünürəm ki, Azərbaycan qısa müddətdə Ermənistana layiqli cavab verəcək. Azərbaycan ordusu zəfər gününü qeyd edəcək. Biz buna inanırıq. Lokal hücumlar nəticəsində genişmiqyaslı hücum olarsa, Azərbaycan işğal olunmuş ərazilərini azad edəcək. ATƏT-in Minsk qrupu həmsədrləri, Amerika, Fransa təbii ki, atəşkəsə nail olmağa çalışacaq. Ermənistan itkilər versə, Rusiya da çalışacaq ki, Azərbaycan atəşi dayandırsın. Azərbaycan Ermənistana şans verib. Düşünürəm ki, artıq şans verilməməlidir, torpaqlar işğaldan azad olunmalıdır".

 

Aygün Mustafayeva
Correct.az

Şikayətiniz varsa Whatsapp: 0505165251