Türkiyənin Ədalət və İnkişaf Partiyasının katibi: “Ermənistan odla oynadığını bilsin” - Video


“Azərbaycanda şəhid olan qardaşımız bizim də şəhidimizdir. Ermənistan odla oynadığını bilsin. Türkiyə Azərbaycanın yanındadır”.

“HaberGlobal”ın verdiyi xəbərə görə, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının katibi Ömər Çelik Azərbaycan-Ermənistan sərhədində son günlər yaşanan gərginliyə münasibət bildirərkən səsləndirib. 

O, qeyd edib ki, Dağlıq Qarabağı işğal altında saxlayan Ermənistan indi də Tovuz ərazisindən hücumlara başlayıb. Bu isə Türkiyə tərəfindən qəbul edilə bilməz. 

 

 

 

 

 

Şikayətiniz varsa Whatsapp: 0505165251