Donald Trampın Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etdiyi açıqlandı


ABŞ Prezidenti Donald Tramp Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etdiyini açıqlayıb. Bu barədə prezidentin fəaliyyətini işıqlandıran jurnalistlər bildirib.​​​​​​​

Correct.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ Prezidenti Azərbaycan və Ermənistan arasında vasitəçilikdə iştirak etdiyini qeyd edib, lakin ölkə liderləri ilə danışıb-danışmadığını bildirməyib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri hazırda Vaşinqtonda səfərdədir. Burada XİN rəhbərlərinin ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşləri keçirilib.

Şikayətiniz varsa Whatsapp: 0505165251