“Ermənistan dünyanın siyasi xəritəsindən tamamilə yox ola bilər” - Beket Karaşin


Qazaxıstan Azərbaycana qarşı qardaş münasibətini dəfələrlə sübut edib. Bu, xüsusilə Qarabağ münaqişəsinin kəskinləşdiyi zaman özünü göstərir. Azərbaycan torpaqlarının azad edilməsi uğrunda müharibə aparır və Qazaxıstan cəmiyyətinin əksəriyyətinin simpatiyası Azərbaycanın tərəfindədir.

Correct.az xəbər verir ki, məşhur qazaxıstanlı yazıçısı, şair, analitik, Akademik Zeynulla Kabdulov Fondunun direktoru Beket Karaşin verdiyi açıqlamada öz proqnozlarından danışıb.

Ermənistan siyasi rəhbərliyinin münaqişənin sülh yolu ilə həllinə, erməni qoşunlarının geri çəkilməsini rədd etməsinə, həmçinin separatçı qurumun öz müqəddəratını təyin etməsində israrını davam etdirməsinə münasibət bildirən B.Karaşin bildirib ki, çox güman, Cənubi Qafqazdakı forpostunu itirmək istəməyən Rusiyanın iştirakı ilə pərdəarxası oyunlar gedir.

“Digər oyunçular da var. Ümumiyyətlə, hər şey Ermənistanın dünyanın siyasi xəritəsindən tamamilə yox ola biləcəyinə gətirib çıxara bilər. Yerevan rəhbərliyi özü buna səbəb olub.

Mənə elə gəlir ki, Azərbaycan Dağlıq Qarabağ ətrafında yeddi rayonu və Qarabağın özünü tam azad edəndən sonra da Ermənistan öz xəttini dayandırmayacaq və bombardmanı davam etdirəcək. Ancaq o zaman vəziyyət fərqli olacaq. Təcavüzkarlıq aktı cavab tədbiri görməyi tələb edəcək və onlar olacaq. Lakin biz öncəgörən deyilik ki, sonda nə olacağını qabaqcadan bilək”.

B.Karaşin ermənilərin Azərbaycan tərəfində guya türk hərbçilərinin iştirakı ilə bağlı iddiasına da münasibət bildirib:

“Bunun erməni təbliğatı olduğu aydındır. Yerevanda çox məsələlər barədə danışırlar. Suriyalı yaraqlılar, mücahidlər barədə açıqlamalar olub. Ermənistanın siyasəti həmişə yalan və vicdansız olub. Ermənistanın informasiya siyasəti yalana, Azərbaycanın informasiya siyasəti isə həqiqətə söykənir”. /Oxu.az

Şikayətiniz varsa Whatsapp: 0505165251