Ərdoğan nöqtə qoydu: “Bunu sizdən soruşmayacağıq”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “S-400” hava hücumundan müdafiə sistemlərinin sınaq atışlarına etiraz edən ABŞ-a cavab verib.

Correct.az xəbər verir ki, ölkə başçısı Rusiyadan alınan raket sistemlərinin bəzilərini narahat etdiyini deyib.

“S-400” sistemləri Sinopda sınaqdan keçirilib, bu barədə xəbərlər doğrudur. Demək ki, burada Rusiyaya aid silahın olması, bu bəy-əfəndiləri narahat edir. Biz qərarlıyıq, yolumuza eyni şəkildə davam edəcəyik. Əgər biz sınaqdan keçiririksə, bunu sizdən soruşmayacağıq”, - Türkiyə lideri bildirib.

Mənbə:Teleqraf.com

Şikayətiniz varsa Whatsapp: 0505165251