Hövsanda 18 yaşlı gənci maşın vurub öldürdü


Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

2002-ci il təvəllüdlü Məmməd Vəlişov yolu keçərkən onu minik avtomobili vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı Suraxanı Rayonu Polis İdarəsində cinayət işi başlanılıb.

Şikayətiniz varsa Whatsapp: 0505165251