"Həm insan öldürmək, həm də inanclıların hisslərini təhqir etmək yolverilməzdir” - Peskov


“Şarli Hebdo” kimi bir jurnal Rusiyada mövcud ola bilməz. Eyni zamanda həm insan öldürmək, həm də inanclıların hisslərini təhqir etmək yolverilməzdir”.

Correct.az Pravda.az-a istinadən xəbər verir ki, Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Əslində, ölkəmizin özünəməxsusluğu məhz çoxmillətli və çoxetiqadlı olmasındadır. Və bütün dini etiqad üzvləri bir-birinə tam hörmətlə yanaşır. Buna görə də belə bir nəşrin mövcudluğu mövcud qanunvericiliyimiz nəzərə alınmaqla ölkəmizdə tamamilə qeyri-mümkündür”,- deyə Peskov vurğulayıb.

Peskov qeyd edib ki, xristianlığın hakim din olaraq qalmasına baxmayaraq Rusiyada təxminən 20 milyon müsəlmanın yaşadığını unutmamaq lazımdır.

Şikayətiniz varsa Whatsapp: 0505165251