Meyitləri əməliyyat sahəsində ermənilərə vermək təhlükəlidir - Hərbi ekspert


Azərbaycan Respublikası erməni hərbçilərinin meyitlərinin bir qisminin və sivil ermənilərin Ermənistana təhvil verilməsi ilə bağlı bir neçə dəfə təşəbbüs irəli sürmüşdü.

Correct.az xəbər verir ki,bunu Trend-ə açıqlamasında hərbi ekspert Ruslan İmanquliyev deyib.

O bildirib ki, Azərbaycan tərəfinin təşəbbüsündən Ermənistan dəfələrlə imtina etmişdi: "Nəhayət, bu gün bu proses reallaşdı və 30 erməni meyiti və 1 mülki şəxs qarşı tərəfə təhvil verildi. Prezident İlham Əliyevin bu təşəbbüsünü xüsusi ilə Rusiyanın Müdafiə Naziri, Beynəlxalq Qırmızı Xaç Komitəsi və ATƏT dəstəklədi. Ermənistan əvvəllər bu təklifdən müxtəlif bəhanələrlə imtina etmişdi.

Səbəblərdən biri də guya ki, ölü və əsirlərin dəyişdirilməsinin əməliyyat sahəsində baş tutmasını istəmələri olmuşdu. Amma bu, mümkün ola bilməzdi. Çünki, bu prosesdə şəffaflıq zururi və əhəmiyyətlidir. Şəfafflıq isə beynəlxalq təşkilatların iştirakı ilə mümkündür və hansı ki, onların təhlükəsizliyini təmin edə bilmək bir qədər risklidir. Çünki istənilən vaxt təxribatlar ola bilər. Ona görə də ölkə rəhbəri bununla bağlı irəli sürdüyü təklif əsasında bu humanitar təşəbbüs Tovuz - Qazax istiqamətində yerinə yetirildi".

Şikayətiniz varsa Whatsapp: 0505165251