Ermənistanda koronavirus tüğyan edir: 41 nəfər öldü


Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 381 yoluxma halı qeydə alınıb, 41 nəfər ölüb.

Correct.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda indiyədək koronavirusa yoluxanların sayı 89 813 nəfərə çatıb.

Ermənistanda COVID-19-dan ölənlərin sayı 1341 nəfərdir.

Xəstəlikdən sağalanların sayı 55 317 nəfər təşkil edir.

Şikayətiniz varsa Whatsapp: 0505165251