“Kəlbəcərin bir hissəsini işğaldan azad etsək də...” - Açıqlama


Ötən gün Cenevrədə ATƏT-in Minsk qrupu həmsədrləri ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirinin ayrı-ayrılıqda görüşü baş tutub. Həmsədrlər bir daha tərəfləri öz öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırıblar. Atəşkəsin və ya digər öhdəliklərin həyata keçirilməsinə xələl gətirmədən tərəflər təcili əsasda bir sıra addımlar atmağa razı olublar. 

Burada ən diqqət çəkən məqam isə tərəflərin beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki əhalini və ya qeyri-hərbi obyektləri hədəf almayacağı barədə razılaşması olub. Çünki Ermənistan tərəfi üç dəfə əldə olunan humanitar atəşkəsdən dərhal sonra Azərbaycanın mülki yaşayış obyektlərinə raket hücumu edib və ümumilikdə 90-dan çox vətəndaşımızın ölümünə səbəb olub.

Maraqlıdır, Cenevrə görüşü hansı nəticələri verəcək?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli bildirib ki, ermənilər üzləşdikləri məğlubiyyətlə barışmaq niyyətində deyillər. Cenevrə görüşündə hansı sözü veriblərsə, elə birinci  o sözü pozacaqlar:

“Ermənilər tamamilə yalan içində böyüyüblər, onlar riyakar xalqdır. Ermənilər Rusiya, Fransa və ABŞ-ın  təklifi ilə əldə olunan üç humanitar atəşkəsi pozublar. İndi bu danışıqlar prosesində də onların içərisindsə ümumi həmrəylik yoxdur. Sözləri bir-biri ilə düz gəlmir. Xüsusilə də Paşinyanın,“sonuncu erməniyədək müharibəni davam etdirəcəyəm”,-fikri ondan xəbər verir ki, ermənilər üzləşdikləri məğlubiyyətlə barışmaq niyyətində deyillər. 

Mən Cenevrə görüşünün nəticə verməsini çox arzulayardım. Amma onu da qeyd etməliyəm ki, bu görüşdə əldə edilmiş razılaşmaların həyata keçiriləcəyinə inanmıram.  Ermənilər bu  razılaşmaları pozub dünya ictimai rəyinə Azərbaycana böhtan atmaqla cavab verəcəklər. 

Cenevrə görüşündə ən mühüm məqam erməni qoşunlarının  işğal edilmiş ərazilərdən çıxarılması məsələsidir. Bu çıxarılmanın qrafikinin, vaxtının Azərbaycana bildirilməsi məsələsidir. Kəlbəcərin bir hissəsini biz işğaldan azad etmişiksə də, yerdə qalan hissəsi durur, Laçın və Laçın koridoru məsələsi, Qubadlının bir hissəsi hələ də qalıb. Yəni ermənilər qoşunlarını bütünlüklə Azərbaycan ərazisindən çıxarmalı və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdıqlarını qeyd etməlidirlər. Bunu edəcəklərmi? Bax bu suala cavab vermək mənim üçün çox çətindir. Çünki erməni təbiətini, xasiyyətini yaxşı bilirəm, Azərbaycan xalqı onları dəfələrlə sınaqdan keçirib. Bu nankor millət 200 il ərzində buraya gəliblər və həmin müddətdə ən çox ziyan vurduqları Azərbaycan xalqı olub”.

Politoloq qeyd edib ki, qoşunların çıxarılması məsələsində ermənilər yəqin ki, vəd versələr də, ona əməl etməyəcəklər:

“Onlardan hər hansı etimad, verilən sözə əməl etmək kimi vərdişi görmədiyimə görə belə düşünürəm. Azərbaycan bu işi bitirməsə, yəni sonuncu erməni əsgərini öz torpağından çıxarmasa, bölgədə BMT-nin qətnamələri də yerinə yetirilməmiş qala bilər, beynəlxalq hüququn əsas məsələsi olan ərazi bütövlüyü məsələsi də yerinə yetirilməmiş olar. Bütövlükdə Azərbaycan bir dövlət kimi indiyədək həyata keçirdiyi tədbirləri yarımçıq qoya bilməz. Bəziləri (Qərb ölkələri) pasifikcəsinə müharibənin əleyhinə bəyanat versə də,  onlara cənab Prezidenti İlham Əliyevin bu sözləri ilə onlara cavab vermək istəyirəm: “Erməniləri çox istəyirsinizsə, aparın onlara öz torpaqlarınızda muxtariyyət də  verin, nə istəyirsinizsə, edin”.  

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Cenevrə görüşü ilə hansı məsələdəsə bir addım irəliyə gedilə bilər. Amma bütövlükdə bu qədər problemlərin hamısını bir görüşdə həll etmək mümkün deyil:

“Üstəlik bu görüşlərin nəticələri barədə rəhbərliyə məlumatlandırılmalı, rəhbərlik əldə edilən nəticələri təhlil etdikdən sonra və qarşı tərəfin davranışlarına diqqət yetirdikdən sonra son qərarı verməlidir. Ona görə də jurnalistlər müxtəlif qənaətləri yaza bilərlər, amma bütövlükdə bizim Xarici işlər nazirinin ölkəyə geri dönüb Prezidenti məlumatlandırdıqdan sonra prezidentimizin qəbul etdiyi qərar əsas olacaq”.

 

 

Mənbə:Yenisabah.az

Şikayətiniz varsa Whatsapp: 0505165251