Ermənistanın Dağlıq Qarabağ münaqişəsini dini müstəviyə keçirmək niyyəti onun son ümidlərindən biridir - Ekspert


Ermənistanın Dağlıq Qarabağ münaqişəsini dini müstəviyə keçirmək niyyəti təsadüfi deyil. Bununla rəsmi İrəvan Azərbaycanın işğal altında olan torpaqlarını terrorçulardan azad edilməsi üçün əks-hücumla başladığı hərbi əməliyyatlara dini don geyindirmək və məsələni başqa istiqamətə sürükləmək istəyir. Bu isə Ermənistanın son ümidlərindən biridir.

Correct.az xəbərverir ki,bunu Trend-ə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Faiq Ələkbərli deyib.

Onun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) bölgədəki münaqişə ocağına cəlb edə bilməyən, Rusiyanın əsasən rəsmi formada tərəfsizliyini poza bilməyən, İranın yardımlarından yavaş-yavaş əlini üzən Ermənistan üçün bu, son həmlədir. Ancaq bu məsələdə Ermənistanın xristian həmrəyliyinə nail olacağı inandırıcı deyil. Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı möveyini müdafiə edən ölkələr arasında xristian dövlətlər, məsələn Ukrayna, Moldova, Latviya, Gürcüstan və başqaları var: "Əgər söhbət Türkiyənin Azərbaycanın haqlı mövqeyini müdafiə edən mənəvi dəsətəyindən gedirsə, burada da heç bir din birliyindən söhbət gedə bilməz. Çünki Azərbaycanla Türkiyənin qardaşlığının əsasında dindən çox, tək millət olmaq dayanır.

Digər tərəfdən, bu günə qədər hər hansısa müsəlman dövləti sırf dini anlamda qalxıb demədi ki, bu səbəbdən Azərbaycanı müdafiə edirik. Hətta bizə məlumdur ki, bir çox müsəlman, ya da müsəlman-türk dövlətləri Dağlıq Qrabağ münaqişəsi ilə bağlı neytral mövqe tutmağa davam edirlər. Üstəlik, müsəlman olduqları halda, açıq və gizli şəkildə Ermənistana dəstək verən dövlətlər də var.

Sadəcə, Azərbaycan dövləti bəzi xarici qüvvələrin məsələyə dini don geydirməsi məsələsində olduqca həssas olmalı, bu kimi halları təbliğ edənləri nəzarət altında saxlamalıdırlar. Çünki Azərbaycana dost olmayan bəzi xarici dövlətlərin agentlərinin bununla bağlı bəzi təbliğatları hiss olunmaqdadır ki, onların arasında düşmənin dəyirmanına su tökmək istəyənlər ola bilər".

Şikayətiniz varsa Whatsapp: 0505165251