Elçinin nişanlanmasıyla bağlı anası danışdı


Bir neçə gün öncə İkinci Qarabağ müharibəsində ağır yaralanan və ürəyinə yaxın yerdə qəlpə olan 20 yaşlı qazimiz Elçin Səmədovun sevdiyi qızla nişanlanması barədə xəbərlər dərc olunmuşdu. Bununla bağlı sosial şəbəkələrdə video da yayılmışdı.

Correct.az xəbər verir ki, Sonxeber.az qazinin anası Şükürova Vüsalə ilə telefon bağlantısı yaradıb. O, Elçinin nişanlanmadığını bildirərək yayılan məlumatı təkzib edib.

Qeyd edək ki, görüntülərdə Elçinin əlindən tutan qızın "həri"si verildiyi əks olunub.

Şikayətiniz varsa Whatsapp: 0505165251