“Türk Ordusunun gəlişi ilə...” - Keçmiş alay komandiri


Türkiyə Ordusunun Azərbaycana gəlməsi elə məsələdir ki, onu ancaq müsbət qiymətləndirmək mümkündür. Çünki bu, qardaş ölkədir, biz bir xalqıq. Yəni Qarabağ həm də Türkiyənin problemidir. Necəki Türkiyənin problemi həm də bizim problemimizdir. Azərbaycan və Türkiyənin bir-birindən ayrı dərdi yoxdur. Dərdimiz, qələbəmiz və problemimiz də eynidir.

Correct.azxəbər verir ki, bunu Laçın alayının keçmiş komandiri Arif Paşayev deyib.

Onun fikrincə, məhz problemlərin eyniliyi Türkiyənin ordusunun Azərbaycanda olmasını şərtləndirir: “Həm də Azərbaycan təkcə Ermənistanla savaşmır. Azərbaycana qarşı olan ölkələr artıq təsnifatlaşıb. Yəni Ermənistana həm aşkar, həm də gizli köməklik edirlər. Bəzən iqtisadi, bəzənsə də hərbi dəstək göstərirlər. Hesab edirəm ki, biz yalnız Ermənistana qarşı savaşmadığımız üçün Azərbaycana qarşı erməni koalisiyası qurulub. Belə olan təqdirdə Türkiyənin burada olması çox vacibdir”.

 

 

 

Arif Paşayev deyib ki, Qarabağda təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının problemi həll edilir: “Bu, təkcə azərbaycanlı türklərin məsələsi deyil. Azərbaycan elə coğrafi mövqedə yerləşir ki, indi burada bütövlükdə türk dövlətlərinin maraqlarına uyğun proseslər gedir. O baxımdan Qarabağ həm də Türkiyənin problemidir. Məsələyə bir qədər dərin, məntiqi və şüurlu formada yanaşılsa bu həm də Qırğızıstanın, Türkmənistanın, Qazaxıstanın, Özbəkistanın problemidir. Bu, bütövlükdə türk dünyasının problemidir. Odur ki, Türkiyənin burada olması lazımdır. Digər türk dövlətləri olan qardaşlarımız da bu problemin ancaq bizə məxsus olmadığını dərk etməlidirlər”. 

Mənbə:Teleqraf

Şikayətiniz varsa Whatsapp: 0505165251