Deputat: “Vəziyyət siz düşündüyünüzdən də ağırdır, xəstəxanaların qarşısında növbədir”


“Virusdan özünüzü qoruyun. Ölkəmizin üzərində çox böyük məsuliyyət var. Qarabağı yenidən qurmalıyıq, yaralılarımızın qayğısına qalmalı, şəhid ailələrinə diqqət və kömək göstərməliyik. İmkan verməyək ki, bu xəstəlik bizi əsas missiyamızdan ayrı salsın”.

Correct.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.

R.Nurullayev vətəndaşları məsuliyyətli olmağa çağırıb: “Bütün xəstəxanaların qarşısında növbədir, yerləşdirməyə yer yoxdur. Vəziyyət daha da çətinləşə bilər. Maksimum özünüzü və yaxınlarınızı qoruyun. Vəziyyət siz düşündüyünüzdən də ağırdır”.

Mənbə:Pravda.az

Şikayətiniz varsa Whatsapp: 0505165251