Xankəndində vəziyyət doğrudan da hələ dumanlıdır...- Foto


"Rusiya hərbçiləri küçələrdə patrulluq edir, ermənilər gündəlik həyatlarını yaşayır, “Artsaxbank”ın işıqları yanır..."
"İnşallah, Şuşanın çiskini-çəni kimi Xankəndinin də dumanlarını da yaracağıq tezliklə..."

Sosial şəbəkələrdə Azərbaycan xanlarının qədim oylağı olmuş, indi isə müstəqil(!) Azərbaycan Respublikasının halalca tarixi-hüquqi şəhəri sayılan Xankəndinin axşamını əks etdirən son görüntüləri yayılıb.

Moderator.az-ın əldə etdiyi görüntülərdən aydın olur ki, hazırda şəhərdə vəziyyət həm iqlim sarıdan, həm də ictimai-siyasi baxlmdan bizlər üçün dumanlıdır.

Rusiya hərbçilərinin bayraqlı avtomobilləri küçələrdə patrulluq edir, onların himayəsi ilə Xankəndinə qayıtmış ermənilər gündəlik həyatlarını yaşayır, Azərbaycan Mərkəzi Bankının nəzarətindən tamamilə kənar olan qanunsuz “Artsaxbank”ın işıqları yanır...

P.S. İnşallah, Şuşanın çiskini-çəni kimi Xankəndinin də dumanlarını da yaracağıq tezliklə...

Şikayətiniz varsa Whatsapp: 0505165251