Şərəfli döyüş yolu keçən 24 yaşlı qazimiz - Video


Bərdə rayonunun Samux kəndində yaşayan Şaban Süleymanov ailənin tək oğul övladıdır. 

O, sentyabrın 21-də könüllü olaraq təlimlərə qatılıb, sonra döyüşə yollanıb.

Baku TV xəbər verir ki, Şaban Süleymanov Ağdərə rayonu və onun kəndləri uğurunda gedən qanlı döyüşlərdə iştirak edib. 

Düşmənə qan udduran Şaban və silah yoldaşları bir neçə yüksəkliyin alınmasında böyük şücaət göstəriblər. Qazimiz Suqovuşan ətrafında yerləşən yüksəkliklərin azad olunması zamanı ağır yaralanıb. Övladlarını qalib döyüşçü kimi qarşılayan valideynlərin sevincinin həddi-hüdudu yoxdur. 

 

Şikayətiniz varsa Whatsapp: 0505165251