"Ukraynanın Dombassda müharibəyə başlaması Rusiyaya şok yaşada bilər" - Açıqlama


Qrabağ müharibəsi bitər bitməz, Ukrayna ilə Rusiya arasında yarım qalan münaqişə yenidən alovlandı. 2014-cü ildə baş verən müharibə ilə barışmayan Ukrayna Dombassda döyüşlərə başlayıb. Hətta yayılan məlumatlara görə bu müharibə Türkiyə istehsalı olan dronlar, Bayraktar və s. vasitəsilə artıq bir neçə nailiyyətə də imza atıb. Hansı ki, bunların köməyi ilə Azərbaycan Dağlıq Qarabağda qələbə qazandı. Məlum məsələ idi ki, Dağlıq Qarabağın Ermənistandan alınması Rusiyanı heç də sevindirmədi. Bu hadisədən sonra Ukraynanın müharibəyə başlaması və üstünlük qazanması da Rusiyanın hansı addımlar atmağa sövq edəcək? Rusiya Qarabağ şokundan sonra Dombass şokuna düşəcəkmi?

Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Correct.az-a açıqlamasında Ukraynanın üstünlüyü ələ almasına baxmayaraq məsələ genişmiqyaslı müharibəyə çevrilməyəcəyini qeyd edib: “Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həll etməsi və ərazi bütövlüyünü təmin etməsi digər separatçı və işğaldan əziyyət çəkən ölkələr üçün də presedent olub.

Xüsusilə, Ukraynanın Dombass bölgəsinə Qarabağ müharibəsi zamanı zirehli texnikalar və digər hərbi avadanlıqlar topladığını müşahidə edirdik. Türkiyədən alınmış Bayraktar və dronlar da xüsusi əhəmiyyət kəsb edirdi. Göründüyü kimi Ukrayna Dombassda lokal bir test əməliyyat aparmaq qərarını verib, xüsusilə, burada Türkiyədən alınmış bayraktar və PUA-ların müşayiətilə. Göründüyü kimi müəyyən nailiyyətlər əldə edib. Amma hesab edirəm ki, bu genişmiqyaslı müharibəyə gətirib çıxmayacaq. Geosiyasi şərtlər Ukraynanın maraqlarına cavab vermir. Ukraynanı əsas dəstəkləyən dövlət ABŞ-dır. ABŞ-da da hakimiyyətin ötürülməsi prosesi gedir və C.Biden hakimiyyətə gələndən bir neçə ay sonra Ukraynanın aktivliyi müşahidə oluna bilər. Təbii ki, Ukraynanın Dombassda hərbi müharibəyə başlaması hardasa Rusiyaya şok yaşada bilər.

Rusiya status-kvonu qoruyub saxlamağa çalışır. Düşünürəm ki, Rusiya daha kəskin radikal addımlar ata bilər. Ukraynanın böyük şəhərlərinə qarşı raket artilleriya zərbələri endirə bilər ki, bu da dağıdıcı müharibəyə gətirib çıxara bilər. Qarabağ ilə Dombass münaqişəsi arasında böyük fərqlər var. Bu da Ermənistandır. Azərbaycan Ermənistan üzərində tam qələbə qazanıb, amma Ukraynada əsas tərəf Rusiyadır. Biz görürük ki, Rusiya ciddi şəkildə oradakı separatçılara hərbi-lojistik dəstək göstərir və demək olar ki, Ukrayna rus əsgərləri ilə döyüşür. Ukrayna bu müharibə üstünlük əldə etməsi polemik olaraq qalır.”


Tərlan Qəhrəmanova

Correct.az

Şikayətiniz varsa Whatsapp: 0505165251