
Vətən Müharibəsində 15 müəllim şəhid olub.
Correct.az-ın məlumatına görə, bununla bağlı Təhsil Nazirliyinin rəsmi sosial şəbəkə hesabında paylaşım edilib.
Paylaşımda deyilir:
"Azərbaycan müəllimi Vətən müharibəsindən üzüağ, başıuca çıxdı. Həm özü şəhidlik zirvəsinə ucaldı, həm də yetişdirdiyi Vətən övladları bu adı haqq etdilər!
Düşmənə dərs keçən müəllimlərimizi ehtiramla anırıq!".
Şikayətiniz varsa Whatsapp: 0505165251