“Axırıncı bəndində yazmışdılar ki, Qarabağ Ermənistana verilsin”


“Ermənilər torpaqlarımızda yol çəkəndə, bina tikəndə demişdim ki, bütün bunları bizim üçün edirlər. Narahat olmağa dəyməz. İkinci Qarabağ Savaşından sonra həmin ərazilərimiz işğaldan azad edildi və tikdikləri bina da, çəkdikləri yol da bizlərə qaldı. Sözsüz bununla yanaşı, onlar bizim şəhərlərimizi də dağıdıblar”.

Correct.az xəbər verir ki,bunu Xalq şairi Vahid Əziz deyib. V.Əziz Azərbaycanın nəinki erməni ordusunu, ümumilikdə Ermənistanı məhv etdiyini bildirib:

“Azərbaycan prezidenti və ordusu Ermənistanın dövlətinin əsaslarını silkələdi, məhv elədi. Daha Ermənistan dövləti olmayacaq. 2028-ci ilə qədər Ermənistandan ermənilər köçüb gedəcəklər və belə bir dövlət olmayacaq. Artıq ruslar da onların iç üzlərini bilirlər və başa düşürlər. 44 günün hər bir günü səkkiz aya bərabərdir. Bizim qələbəmiz təkcə Ermənistan ordusu üzərində yox, həm də dövləti üzərində oldu və dövlətçiliyini məhvə yönəltdi. Ermənistan artıq dağılıb getməlidir”.

Xalq şairi əsgərlərimizin Xankəndində erməniləri ələ salmasından da danışıb:

“Ermənilər torpaqlarımızda yol çəkəndə, bina tikəndə demişdim ki, bütün bunları bizim üçün edirlər. Narahat olmağa dəyməz. İkinci Qarabağ Savaşından sonra həmin ərazilərimiz işğaldan azad edildi və tikdikləri bina da, çəkdikləri yol da bizlərə qaldı. Sözsüz bununla yanaşı, onlar bizim şəhərlərimizi də dağıdıblar. Məsələ ondadır ki, ermənilər nə istədiklərini heç özləri də bilmir. Onları yaman günə qoyan  Daşnak partiyasıdır. Paşinyan gedəndən sonra kim gəlir, gəlsin, heç nə dəyişməyəcək. Azərbaycan əsgəri Xankəndində dükana girir, kef edir və ermənilər də özlərini cırırlar. Elə onların başları özlərinə qarışsa yaxşıdır. Atam rəhmətlik deyirdi ki, “görəndə ki, bir adam qudurub, onunla işin olmasın, özü-özün yeyəcək”. Həmin o tarixi, doğma torpağımda eşitdiyim söz özünü doğruldur. Ermənilər qudurduqları üçün özlərini yeyirlər. Onlar qaraçı tayfasıdır, rədd olub gedəcəklər və əhd elədiyim kimi Paşalıda, Dərələyəzdə nəvəmə əməlli-başlı bir ad günü keçirəcəm”.

Xalq şairi Qarabağla bağlı tarixi bir faktı da bizimlə bölüşüb:

“Sizə maraqlı bir tarixi hadisəni danışım. 1988-ci ildə ermənilər mitinq edəndə mən də, rəhmətlik Kamran Bağırov da ordaydı. Erməni şairi Qabriel Qriqoryan və  yanında daha bir kor şair var idi. Onlar 36 bənddən ibarət qətnamə təqdim etdilər və orda Qarabağdan nə istəmələriylə bağlı təklifləri yer alırdı. Axırıncı bəndində yazmışdılar ki, Qarabağ Ermənistana verilsin. Sonra o qəzetdə də çap olundu və bunu ancaq Azərbaycanda və Ermənsitanda çap olunan “Pravda” qəzeti verdi. Kor erməni şairi dedi ki, Qarabağı verməsələr, axırda biz müharibə edəcəyik. Spitakdakı zəlzələni də özləri təşkil etmişdilər ki, Ermənistana silah daşısınlar”.

V.Əziz Azərbaycanın təkcə Ermənistanla yox, ümumilikdə dünyayla vuruşduğunu bildirib:

“Ermənilər şeytana papış tikə bilərlər, amma türklə gərək zarafat etməyəydilər. Bizim ordumuzun, dövlət başçımızın çox yüksək səviyyədə təşkil etdiyi qələbə addımları, savaşları təkcə Ermənistana yox, bütün dünyaya sübut elədi ki, bizimlə zarafat etməsinlər. Azərbaycan Ermənistanla yox, dünyayla vuruşdu. Azərbaycan həm də şovinist xaçpərəstlərə qarşı vuruşdu və göstərdi ki, Azərbaycan həm ərazi, həm də əhali baxımından balaca dövlətdir. Bu balaca türk dövləti bunu etdisə, onda görün böyük türk dövləti neyləyə bilər. Bizim qələbəmiz bütün dünyaya türk adından bir qulaqburması oldu”.

Mənbə:Moderator

Şikayətiniz varsa Whatsapp: 0505165251