Karantində toy edən məşhur iş adamı imiş – Adı açıqlandı - Video


Dünən Azərbaycanda tətbiq olunan karantin rejimi ilə əlaqədar qoyulan qadağalara baxmayaraq, bir neçə toy məclisinin keçirilməsi ilə bağlı xəbər vermişdik.

Həmin toy məclislərindən birini “Şərurlu İsfəndiyar” kimi tanınan, məşhur tikinti maqnatı İsfəndiyar Axundov təşkil edibmiş. Dünən iş adamının qardaşı İmran Axundovun oğlu Məhəmməd Axundov ailə həyatı qurub.

Məlumata görə, toyda yalnız qohumlar və bəyin yaxın dostları iştirak edib. Dünən yayılan videogörüntülərin isə həmin toya aid olub-olmadığı dəqiq bilinmir. Görüntülərin Məhəmməd Axundovun toyuna aid olduğu ona görə iddia olunur ki, toy Şərurda baş tutub. Amma ailəni yaxından tanıyan şəxslərin dediyinə görə, M.Axundov dindardır və onun toyunda bu cür musiqinin olması inandırıcı deyil.

Bu gün Şərurda təşkil olunan toyla bağlı rəsmi məlumat da yayılıb. Məlumatda toy təşkilatçılarının saxlanıldığı qeyd olunsa da, toy sahibinin kimliyi açıqlanmayıb.

Daxili İşlər Nazirliyinin əməkdaşları paytaxt Bakıda toy məclisi keçirənləri də müəyyənləşdirib. Rəsmi məlumat yayıldıqdan sonra həmin görüntülərin kimin toyuna aid olduğu, eləcə də Axundovların toy məclisinin harada keçirildiyi məlum olacaq.Bakupost

 
 
 

Şikayətiniz varsa Whatsapp: 0505165251