Universitet müəllimi koronadan vəfat etdi


Azərbaycan Texniki Universitetinin (AzTU) Azərbaycan dili və pedaqogika kafedrasının dosenti Nailə Mirzəyeva 55 yaşında koronavirusdan vəfat edib.

Correct.az xəbər verir ki, bu barədə universitetin mətbuat xidmətindən bildirilib.
 
Qeyd olunub ki, Nailə Mirzəyeva 1992-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini fərqlənmə ilə bitirib. Elə həmin ildən AzTU-da işə qəbul olunub. Azərbaycan dili və pedaqogika kafedrasında laborant, böyük laborant, müəllim, baş müəllim vəzifələrində çalışan Nailə Mirzəyeva 2014-cü ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
 
O, 2018-ci ildən Azərbaycan dili və pedaqogika kafedrasının dosenti idi. 40-a qədər elmi-metodiki əsərin, o cümlədən 1 monoqrafiya, 1 dərs vəsitinin müəllifi olub.
 
AzTU-nun rəhbərliyi və kollektivi Nailə Mirzəyevanın vəfatından kədərlənir, ailəsinə səbr diləyir.
 
Allah rəhmət eləsin!

Şikayətiniz varsa Whatsapp: 0505165251