"Lavrov kimdir ki?!" - Paşinyan arvadının rəfiqəsini səfir edir


İkinci Qarabağ Savaşının başlanmasına iki ay qalmış o, "Azərbaycan Ermənistana qarşı yeni hərbi əməliyyatlara başlarsa, Türkiyə əsla Azərbaycana dəstək verməyəcək, Bakıya qoşulmayacaq" deyirdi.

O, "Rusiya belə müharibəyə imkan verməz, savaş başlayarsa, Qarabağa qoşun yeridərək bizim tərəfimizdə vuruşar" söyləyirdi.

Bu sözləri deyən Ermənistanda iqtidarda olan "Mənim Addımım" Partiyasının nominal, de-yure "rəhbəri", partiyanın parlament fraksiyasının sədri Lilit Makuns idi.

37 yaşlı Makuns "Vətəndaş Anlaşması" blokunun əsas funksionerlərindən sayılırdı.

Lakin onun əsas işi Ermənistanın baş naziri Nikol Paşinyana ingilis dilini öyrətməsi idi.

Makuns, gerçəkdən də, Paşinyanın repetitoru idi.

İndisə Paşinyan onu Ermənistanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri təyin etmək istəyir.