“Erməni sepratçılarının bu tədbiri Rusiya sülhməramlıları tərəfindən idarə olunur” - Açıqlama


Xəbər verdiyimiz kimi Qarabağda yaşayan qarabağlı erməni separatçıları Xankəndində "Miasum" hərəkatının 33 illiyini qeyd etdilər.

Bu tədbirin geniş şəkildə keçirilməsi, yürüş edilməsi və qondarma rejimin başçısı Arayik Harutyunyanın ön sırada yer alması heç də birmənalı qarşılanmayıb və sosial şəbəkələrin azərbaycanlılar olan seqmentində kəskin şəkildə tənqid edilib. Bildirilib ki, Qarabağda-Xankəndində bu kimi tədbirlərin keçirilməsi Azərbaycanın suverenliyinə qarşı təhdiddir.

Correct.az saytına açıqlama verən politoloq Məhəmməd Əsədullazadə də düşünür ki, bu kimi tədbirlərin qarşısı qətiyyətli şəkildə alınmalı, Rusiya sülhməramlıları qondarma “Artsax”ın təhlükəsizliyinin qarantiyası missiyasından əl çəkməlidir:

“Erməni sepratçılarının təşkil etdiyi bu tədbir Rusiya sülhməramlıları tərəfindən idarə olunur. Bu kimi tədbirlərin keçirilməsi Azərbaycanın suverenliyinə qarşı bir qəsddir. Ümumiyyətlə separatçıların bu kimi tədbirlərinə qəti şəkildə icazə  verilməməlidir.

Bu kimi tədbirlər separatçılığın inkişafına stimul verir. Rusiya sülhməramlıların tədbirdə iştirakını isə Rusiya tərəfi təkzib etdi. Bildirildi ki, o şəxs sülhməramlı formasını geyinmiş bir ruhanidir. Buna baxmayaraq Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı fəaliyyəti “Artsax”ın təhlükəsizliyinin qarantı funksiyası daşıyır.  Gələcəkdə də orada keçirilən tədbirlərin keçirilməsinin qarşısı məhz sülhməramlılar tərəfindən alınmalıdır. Əgər sülhməramlılar bu tədbirlərin qarşısını almırsa bu “10 noyabr bəyannaməsi”nin şərtlərinin pozulması deməkdir. Bu kimi fəaliyyətlərin qaşrısı Moskva ilə danışıqlar aparılaraq alınmalıdır”.

Correct.az