Siyavuş Novruzov canlı yayıma sərxoş çıxıb?


YAP-çı deputat Siyavuş Novruzov bu gün Müsavat TV-nin canlı yayımında KXCP sədri Mirmahmud Mirəlioğlu ilə debata çıxıb.

Efirdə S. Novruzovun danışıq tərzi, davranışı, tez-tez gülməsi izləyicilərdə onun sərxoş olması təəssüratı yaradıb. 

Belə ki, debatı izləyənlər şərhlərdə oz fikirlərini bildirib və deputatın efirə sərxoş çıxdığını iddia ediblər. Onlar bu davranışa görə, millət vəkilini tənqid ediblər.  (Yenisabah.az)