Xalq artisti infarkt keçirdi


Xalq artisti Azər Zeynalov əməliyyat olunub.

Səhhəti qəfil pisləşən sənətkar açıq ürək əməliyyatı keçirib. Faktı sənətkarın ailəsindən təsdiq ediblər. Bildirilib ki, o, hazırda danışa bilmir:

"Mart ayının 10-da Azər müəllim infarkt keçirmişdi. Həkimlər onun həyatını xilas etmək üçün ürəyinin bir damarəna stent qoydular. Sonradan məsləhət olundu ki, üç ay sonra əməliyyat edilsin. Aprelin 2-də Respublika Diaqnostik Mərkəzdə açıq ürək əməliyyatı keçirdi".   (Ölkə.az)