Modern.az-ın yazısı Ukrayna və Moldova mətbuatında - Foto


Modern.az saytında aprelin 5-də “Ermənistandakı “İsgəndər-E” kompleksləri “M” ilə əvəzlənibmiş - Moskva beynəlxalq öhdəlikləri pozub” – başlıqlı məqalə böyük maraqla qarşılanıb. Azərbaycanın Şuşa şəhərinə “İsgəndər-M” taktiki raket kompleksindən atəş açılması faktına həsr olunan məqalədə toxunulan mövzunun beynəlxalq əhəmiyyəti nəzərə alınaraq o, Ukrayna və Moldova mediasında da işıq üzü görüb.

Moldovanın Tribuna.md (https://tribuna.md/ru/2021/04/06/ru-в-армении-комплексы-искандер-э-был/) və Ukraynanın Rupor.com.ua (https://rupor.com.ua/news/v-armenyy-kompleks-yskander-b-ly-zamenen-na-m-skandal/)  xəbər saytları həmin məqaləni “В Армении комплексы «Искандер-Э» были заменены на «М» - СКАНДАЛ» başlığı ilə oxucularına təqdim edib.

Modern.az sayının baş redaktorunun 1-ci müavini Vüqar İsmayılovun qələmə aldığı məqalədə qaldırılan məsələnin aktuallığı nəzərə alınaraq məqalənin bir neçə xarici ölkə mediasında da işıqlandırılması gözlənilir. Bundan başqa, “Ermənistandakı “İsgəndər-E” kompleksləri “M” ilə əvəzlənibmiş - Moskva beynəlxalq öhdəlikləri pozub” başlıqlı məqalə tərcümə olunaraq tezliklə ingilisdilli mediada da dərc olunacaq.