İqor Korotçenko: “Paşinyan Kremldəki danışıqlarda özünü müftəxor kimi aparır”


“Paşinyan Kremldəki danışıqlarda özünü tərəfdaş kimi yox, müftəxor kimi aparır. Ondan soruşmaq istərdim: “İşləməyə çalışmısınız?”

Correct.az-ın report-a istinadən verdiyi məlumata görə, bunu hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko teleqram kanalında bildirib.

Ekspert ermənilərin işləmək istəklərinin olmamasından narazılığını dilə gətirib: “Boş-bekarlar kütləsi İrəvanda dolaşır, mitinqlər keçirir, işləmək istəmirlər. Rusiya isə onlara subsidiya, güzəştli kreditlər verməlidir, silah tədarük etməlidir, onların təhlükəsizliyini təmin etməlidir. Bəlkə, onlara sadəcə rus general-qubernatoru lazımdır?”