Türkiyədə COVID-19-a sutkalıq yoluxma sayı artmaqda davam edir


Türkiyədə koronavirusa sutkalıq yoluxma növbəti dəfə rekord həddə çatıb.

Correct.az-ın apa-ya istinadla verdiyi məlumata görə, ölkədə 54 740 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu infeksiyadan 276 nəfər həyatını itirməklə, sutkalıq ölüm sayı da rekord həddə çatıb.

Hazırda 2604 xəstənin vəziyyəti ağırdır. Ümumilikdə koronavirusdan ölənlərin sayı 32 943 nəfər təşkil edir.