Rayon qeydiyyatında olanlar paytaxtda I sinifə gedə bilərmi? - Rəsmi


“Bakı şəhərində daimi qeydiyyatı olmayan şəxslərin övladları paytaxtda I sinifə gedə bilərlər”.

Bunu Təhsil Nazirliyinin İnformasiya təminatı sektorunun müdiri Namiq Ağayev bildirib.

Onun sözlərinə görə, valideynlər paytaxtda əksər məktəblərə sorğu verərək uşağını məktəbə qəbul etdirə bilər:

“Həmin valideynlərə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur”. (Oxu.az)