Ay çəhrayı diskə çevriləcək


Astronomlar və astronomiya həvəskarları aprelin 26-da nəhəng bir fenomeni müşahidə edəcəklər.

Correct.az “The Sun”a istinadla xəbər verir ki, həmin gün Ay çəhrayı diskə çevriləcək.

Bu fenomen zamanı Ay normaldan daha böyük və daha parlaq görünür, həmçinin, parlaq çəhrayı rəng alır.

Yer peykinin dəyişməsinin səbəbi iki fərqli astronomik hadisədir. Alimlərin fikrincə, bu mərrhələdə Ay Yer kürəsinə ən yaxın nöqtədə olur və Günəşlə planetimiz arasında yerləşir. (Yenisabah.az)