Acınohur gölündə açınacaqlı vəziyyət: Bataqlıq əmələ gəlib


“Şəki rayonu ərazisində yerləşən Acınohur gölündə su ehtiyatı yoxdur”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov bildirib.

Onun sözlərinə görə, göl qurumağa doğru gedir:

“Hazırda havalar da getdikcə istiləşir. Gölə 60-80 metr qalmış ərazidə bataqlıq əmələ gəlib”.

O, əlavə edib ki, Acınohur gölündə suyun səviyyəsinin azalmasının əsas səbəbi iqlim dəyişikliyi ilə əlaqəlidir. (Oxu.az)